“Hizbullah” hərəkatının döyüşçüləri ilk dəfə olaraq pilotsuz uçuş aparatları ilə İsrail Müdafiə Nazirliyinin baş qərargahının ərazisinə hücum ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hizbullah” məlumat yayıb.
Qeyd edək ki, İsrailin Baş Qərargahı Tel-Əvivdə yerləşir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri hərbçilərin iki pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirib. Mətbuat xidmətinin məlumatına görə, hər iki PUA Livandan buraxılıb. Onların hava məkanını zəbt etmələri səbəbindən ölkənin şimalındakı bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.