AZ

Trampın arvadı Ağ Evdə yaşamaq istəmir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp yəqin ki, həyat yoldaşının andiçmə mərasimindən sonra Ağ Evdə yaşamayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Kanal bildirir ki, Melaniya Tramp hazırkı birinci xanım Cill Bayden ilə Ağ Evdə görüş keçirməmək qərarına gəlib.

 

CNN telekanalının məlumatına görə, gələcək birinci xanım ərinin andiçməsindən sonra vaxtının çox hissəsini Floridadakı ailə iqamətgahında və oğulları Barron Trampın təhsil aldığı Nyu-Yorkda keçirmək niyyətindədir. 

Seçilən
29
modern.az

1Mənbələr