AZ

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti COP29-un yüksək səviyyədə təşkilatçılığına Azərbaycana təşəkkür edib (FOTO)

Bakı. Trend:

13 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlimFəaliyyəti Sammiti çərçivəsində BMT Baş Assambleyasının 79-cusessiyasının prezidenti Filemon Yanq ilə görüşüb.

Trend xəbər verirki, görüşdə Azərbaycan-BMT əməkdaşlığı, habelə ölkəmizin COP29sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

İqlim dəyişikliyinin fəsadlarının bölgəmizə, dünyamıza təsirininölkəmiz tərəfindən də yaxından müşahidə olunduğu, bu xüsusda,tərəfimizdən milli səviyyədə yaşıl enerjiyə keçid yanaşmasınıntətbiq edildiyi, habelə regional və qlobal səviyyədə mövcudçağırışlarla mübarizədə çoxtərəfliliyin təşviq olunduğu qeydedilib.

Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra regional vəbeynəlxalq layihə və təşəbbüslərdən bəhs olunub, COP29 çərçivəsindəbu gün “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası vəÖzbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinininkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqındaSaziş”in imzalandığı diqqətə çatdırılıb.

COP29 sədrliyimiz və aparılan danışıqlar prosesindən ətraflıbəhs edən nazir Ceyhun Bayramov, iqlim maliyyəsi mövzusununirəlilədilməsi məqsədilə tərəfimizdən aparılan aktiv fəaliyyətnəticəsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə yenimaliyyə strukturuna keçiddə vacib irəliləyişlərin əldə olunduğunubildirib.

Prezident Filemon Yanq ölkəmizi COP29 sədrliyi münasibətilətəbrik edib, sessiyanın yüksək səviyyədə təşkilatçılığına görətəşəkkür edib. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətinəxüsusi önəm verdiyi və bu sahədə səyləri dəstəkləməyə hər zamanhazır olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

BMT
BMT
Seçilən
71
22
az.trend.az

10Mənbələr