Hindistanda bir ailə 12 il istifadə etdikləri “Suzuki Wagon R” markalı avtomobil üçün təntənəli dəfn mərasimi keçirib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobilin sahibi Sanjay Poların nəqliyyat vasitəsinin ailəsinə firavanlıq və hörmət qazandırdığını bildirib. O əlavə edib ki, maşına olan minnətdarlığını bildirmək üçün onu satmaq yerinə “son mənzil”ə yola salmağa qərar verib.
Dəfn mərasiminə dəvətnamə ilə 2000 nəfər çağırılsa da, 1500 nəfər iştirak edib.
Çiçəklər, lentlər və yaşıl örtüklə bəzədilən nəqliyyat vasitəsi 4.5 metr dərinliyindəki çuxura qoyularaq basdırılıb.
Bildirilir ki, dəfn mərasimi avtomobil sahibinə 3,666 funt sterlinqə (8 min manat) başa gəlib.
S.Polar, basdırılan nəqliyyat vasitəsinin gələcəkdə arxeoloji qazıntılar zamanı tapılacağını və bunu görənlərin təəccüblənəcəklərini söyləyib.
Namiq Musayev