AZ

ABŞ Energetika Nazirliyi neft qiymətinə dair proqnozunu endirdi

ABŞ Energetika Nazirliyi 2025-ci ildə Brent neftinin qiymətinə dair proqnozunu bir qədər də azaldıb.

Musavat.com nazirliyin hesabatına istinadən xəbər verir ki, gələn il üçün proqnoz 78 dollardan 76,06 dollara endirilib.

Nazirliyə görə, 2024-cü ildə Brent markalı neftin qiyməti əvvəlki proqnozdan cüzi artıq olacaq - bir barel üçün 80,89 dollardan 80,95 dollara qədər.

Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı üzrə proqnozunu bir qədər artırıb - sutkada 10 min barel, 13,23 milyon barelə qədər. 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcminə dair proqnoz isə 10 min barel azaldılaraq 13,53 milyon barelə endirilib.

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr