AZ

Dünya İqtisadi Forumunun iştirakı ilə COP29 çərçivəsində yüksək səviyyəli sessiya baş tutub (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi, İxracın vəİnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Dünya İqtisadiForumunun təşkilatçılığı ilə “Əməkdaşlığın Gücü: xalis sıfıra nailolmaq üçün birgə səylər” mövzusunda Yüksək Səviyyəli Sessiyakeçirilib. Sessiyaya Dünya İqtisadi Forumunun idarəedici direktoruGim Huai Neo moderatorluq edib.

Trend-inməlumatına görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlimdəyişikliyi ilə mübarizədə birgə əməkdaşlıq prinsipləri, qlobalsiyasət və özəl sektorun bu sahəyə töhfəsi barədə fikirlərinibölüşüb. Bildirilib ki, iqlim dəyişikliyinin qarşısının alınmasındainklüziv tədbirlərin təşviqi və dayanıqlı inkişafın təmin edilməsivacibdir. Eyni zamanda, qlobal iqlim problemləri fonunda hər kəsəbərabər yanaşmanın əhəmiyyəti vurğulanıb.

Sessiya zamanı Azərbaycanın davamlı inkişaf və yaşıliqtisadiyyat sahəsindəki məqsədləri və bu istiqamətdə həyatakeçirdiyi işlər barədə məlumat verilib. Ölkəmiz yaşıl enerjiməqsədlərinə nail olmaq üçün innovativ texnologiyalar və qabaqcılhəllərin inkişafına xüsusi diqqət yetirir və bu sahədə beynəlxalqəməkdaşlığın əhəmiyyəti ön plana çəkilir.

Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Nqozi Okonjo-İvealaqlobal ticarət siyasətinin iqlim dəyişikliyinə uyğunlaşdırılmasınınvacibliyindən və inkişaf etməkdə olan ölkələrin bu istiqamətdədəstəklənməsinin önəmindən danışıb.

Özbəkistanın sərmayə, sənaye və ticarət naziri Laziz Kudratovqlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığınəhəmiyyətini, region ölkələrinin bu sahədəki təşəbbüslərini vəbərpa olunan enerji sahəsində birgə layihələrin vacibliyinivurğulayıb.

Dünya İqtisadi Forumunun icraçı direktoru Gim Huai Neo karbonemissiyasının sıfıra endirilməsinin iqtisadi artım və yeni işyerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını və buməqsədə çatmaq üçün dünya ölkələri arasında inteqrasiya olunmuşyanaşmaların vacibliyini bildirib.

Boston Consulting Group-un baş icraçı direktoru və İqlimLiderliyi Alyansının həmsədri Rich Lesser 2019-2022-ci illərdəümumi emissiyaların 10% azaldığını və eyni zamanda gəlirlərini 18%artırdıqlarını qeyd edib, iqlim dəyişikliyi ilə mübarizədə özəlsektorun daha fəal iştirakı üçün hökumətlərlə sıx əməkdaşlığınvacibliyini vurğulayıb.

Fortescue şirkətinin baş direktoru Endryu Forrest iqlimdəyişikliyi ilə mübarizədə təmiz enerjinin vacibliyini vurğulayıbvə bərpa olunan enerji sektoruna investisiyaların artırılmasınınqlobal iqlim məqsədlərinə çatmaq üçün önəmli olduğunu qeydedib.

Sessiya iştirakçıları iqlim böhranının həlli üçün qlobalsəviyyədə birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Hökumətlər,şirkətlər və vətəndaş cəmiyyəti təşkilatları ortaq məsuliyyətdaşımağa və konkret fəaliyyət planları ilə iqlim dəyişikliyi iləmübarizəyə qoşulmağa çağırılıb.

Dünya
Dünya
Dünya
Dünya
Dünya
Dünya
Seçilən
55
1
az.trend.az

2Mənbələr