AZ

İqlim sammiti ərəfəsində azərbaycanlı alimin azad edilməsinə çağırışlar

timeshighereducation.com: 60 milyon auditoriyası ilə dünyanın 100 nüfuzlu şəbəkəsindən biri olan, təhsil və bacarıqların qiymətləndirilməsi sahəsində aparıcı beynəlxal təşkilat Times Higher Education (THE) xəbərlər buraxılışında  “İqlim sammiti başlayan kimi azərbaycanlı alimin azad edilməsinə çağırışlar” başlığı ilə geniş yazı dərc edib. Hər il dünya Universitetlərinin reytinqini hazırlayan THE yazır ki, mədən  yanacağı istehsalçısı dünya liderlərinin toplantısına ev sahibliyi edərkən müxaliflərə qarşı sərt tədbirlər görür. Hüquq müdafiə qrupları COP29 iqlim konfransına ev sahibliyi edən  Azərbaycan hökumətini mədən yanacağı siyasətini tənqid etdikdən sonra saxlanılan alimin azad edilməsinə çağırır.

London İqtisadiyyat Məktəbinin (LSE) baş elmi işçisi Qubad İbadoğlu 2023-cü ilin iyulunda ölkəyə cavab səfəri zamanı səlahiyyətlilər tərəfindən saxlanılıb. Dünya liderləri Bakıda Birləşmiş Millətlər Təşkilatının iqlim sammitində görüşərkən, Amnesty İnternational səlahiyyətliləri insan haqları təşkilatının “uydurma ittihamlar” kimi təsvir etdiyi bir ildən artıqdır ki, həbsdə olan Azərbaycan vətəndaşını azad etməyə çağırıb. Qrupun bəyanatında deyilir: “Onun həbsi siyasi və vətəndaş fəaliyyətinə görə açıq-aşkar qisasdır”.

Doktor İbadoğlu əvvəllər Azərbaycan hökumətinin neft və qaz siyasətini tənqid edən və sektordakı korrupsiyanı təfərrüatlandıran məqalələr dərc edib.

Britaniya parlamentin üzvləri i Vestminster hökumətini doktor İbadoğlunun səhhətinin pisləşdiyini, o cümlədən şəkərli diabet və hipertoniya xəstəliyini qeyd edərək, onun işini sammitdə qaldırmağa çağırıblar.

Bununla bağlı oktyabr ayında Parlamentdə narahatlıqlara cavab verən Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) sözçüsü bildirib ki, xarici işlər naziri David Lammy məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə edib və hökuməti doctor İbadoğlunun tibbi müayinə və müalicə üçün xaricə getməsinə icazə verməyə çağırıb.. Hökumət bu işi COP-da müzakirə etməyi öhdəsinə götürməyib.

"Biz Azərbaycanda azadlıqların və insan hüquqlarının qorunması ilə bağlı narahatlığımızı bildirmək üçün diplomatik kanallarımızdan istifadə etməyə davam edəcəyik", - deyə FCDO-nun  sözçüsü bildirib.

THE yazır ki, Azərbaycan 2024-cü il Akademik Azadlıq İndeksində Əfqanıstan və Venesuela daxil olmaqla, ən aşağı 10-20 faiz arasında yer alıb. Human Rights Watch-a görə, hökumətin “müxalif səslərə” qarşı repressiyaları son iki ildə “gücləndirilib”.

2024-cü ilin avqustunda hökuməti tənqid etdikdən sonra dövlətə xəyanət ittihamı ilə həbs edilən politoloq Bəhruz Səmədov da daxil olmaqla ölkədəki digər alimlər də həbsdə saxlanılır.

Neft və qazla zəngin ölkə builki  COP-a ev sahibliyi edən kimi elan edildikdən sonra Azərbaycan hökuməti növbəti onillikdə mədən  yanacağı istehsalını genişləndirmək planları ilə iqlim dəyişikliyinə verdiyi töhfələrə görə ciddi araşdırmalarla üzləşib.

Liderlər zirvədən öz rekordlarını qorumaq üçün istifadə ediblər. Konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qalıq yanacaqları “Allahın hədiyyəsi” kimi qiymətləndirdi.

“The Daily Telegraph”a danışan doktor İbadoğlunun qızı Jalə Bayramova deyib: “Mən gözləyərdim ki, Böyük Britaniya hökuməti iki il Britaniya vətəndaşlarına dərs deyən LSE professorunun. həyati təhlükəsi olan atamın   həbsdə qalmasına icazə verməyəcək.”

Məlumat üçün qeyd edək ki, THE dünya unversitetlərinin reytinqini hazırlayan ən nüfuzlu  beynəlxalq təşkilatlardan sayılır. THE-nin 2025-ci il üçün dünyanın 155 ölkəsini təmsil edən 2000 universitetin reytini dərc edib. Bu reytinqində yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti 1500 + yer alıb. Azərbaycan Respublikasının Prezidentinin  22 iyul 2022-ci il tarixdə imzaladığı  Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strateqiyasının hədəf indikatorlarından biri də dünyada top 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayını 2026-cı ilədək 3-ə çatdırmaqdır.

Lakin  ölkədə akademik azadlıqların məhdudlaşdırıldığı halda buna nail olmaq  mümkün deyil.

Seçilən
66
turan.az

1Mənbələr