AZ

Saakaşvili həbsdən çıxa bilməyəcək - Kaladze

Mixail Saakaşvili prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə həbsxanadan çıxa bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

“Bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə də baxılır. Prezidentin əfv fərmanı o baxımdan mənasını itirir ki, Zurabişvili belə bir qərar verərsə, o, azadlığa buraxıla bilməyəcək, çünki ona qarşı digər işlər də qaldırılıb”, - Kaladze bildirib.

Seçilən
57
13
axar.az

10Mənbələr