Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Braziliyanın Rio-de-Janeyro şəhərindəkeçiriləcək G20 sammitində iştirak edəcək və tədbir çərçivəsindəBraziliya prezidenti Luiz İnasio Lula da Silva ilə ikitərəfli görüşkeçirəcək.
Trend xəbər verirki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrəköməkçisi Ceyk Sallivan jurnalistlər üçün keçirilən brifinqdəməlumat verib.
Sammitin gündəliyinə Ukrayna və Yaxın Şərq daxil olmaqla müasirdövrün əsas geosiyasi problemləri, eləcə də aşağı və orta gəlirliölkələrin dövlət borcları və maliyyə məsələləri daxildir. Vaşinqtonbu məsələlər üzrə müəyyən irəliləyiş əldə etməyi gözləyir.
“Prezident Bayden Braziliya prezidenti Lula da Silva ilə görüşkeçirəcək. Son dörd ildə liderlər arasında güclü və məhsuldarəlaqələr formalaşıb və onlar bu görüşü səbirsizliklə gözləyirlər,”- deyə Sallivan bildirib.
G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqindəyerləşən Rio-de-Janeyroda baş tutacaq. İclasa ev sahibi kimi Lulada Silva rəhbərlik edəcək, Rusiya nümayəndə heyətinə isə xariciişlər naziri Sergey Lavrov başçılıq edəcək.