AZ

Toyda faciə yaşandı! Çox sayda ölü var

Pakistanda 22 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, toy karvanının avtobusu Gilgit-Baltistan əyalətində körpüdən Hind çayına düşüb.

Qəza zamanı gəlin maşında olub və o, möcüzə nəticəsində qaça bilib. Qadın hazırda xəstəxanada müalicə alır.

Hadisə zamanı ümumilikdə 22 nəfər həlak olub, onların şəxsiyyəti artıq müəyyən edilib. 

Ölənlər arasında qadınlar da var.

Qəzanın səbəbləri müəyyənləşdirilir.


Seçilən
116
news24.az

1Mənbələr