AZ

ABŞ dövlət katibi vəzifəsinə namizəd oldu

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun (Florida ştatından) dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublikaçıların keçid komandasının yaydığı məlumatda bildirilir.

Hazırda sözügedən vəzifəni Antoni Blinken tutur.

Qeyd edək ki, Marko Rubio ilk dəfə 2010-cu ildə ABŞ Senatına seçilib. Bu günə qədər o, müxtəlif komitələrdə çalışıb. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin daha sonra namizədliyini geri götürüb.

Həmçinin Rubio Trampın Ukrayna ilə bağlı ümumi mövqeyini dəstəkləyir.

Seçilən
138
2
qafqazinfo.az

3Mənbələr