AZ

Maşın yağındakı iki santimetr təhlükəsi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir çox avtomobil sahibləri mühərrikdəki yağ səviyyəsinə əhəmiyyət vermir və düşünürlər ki, kiçik daşma zərər verməz. Lakin yüksək yağ səviyyəsi, benzin və ya dizel mühərrikindən asılı olmayaraq, ciddi nasazlıqlarla nəticələnə bilər.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.
O, mühərrikdə yağ artıqlığının mənfi nəticələrindən danışıb.
"İlk növbədə, həddindən artıq yağ sistemdə təzyiqin artmasına səbəb olur ki, bu da kipkəclərdən ("salnik") və araqatlarından ("prokladka") sızmalara səbəb olur. Ən pis halda isə yağ silindrlərin içinə düşə bilər", - deyə Konstantinov qeyd edib.
Mütəxəssis bildirib ki, yağ səviyyəsi normadan 10-15 mm və daha çox olduqda təhlükə yaranır.
"Bu zaman yağ dirsəkli valın fırlanan hissələri ilə təmasda olur ki, bu da köpüklənməyə və yağlamanın pozulmasına, yastıqların və içliklərin yeyilməsinə səbəb olur. Əgər səviyyə normadan 20 mm və daha çox yüksəkdirsə, mühərrikin zədələnmə riski dəfələrlə artır", - deyə o əlavə edib.
Ekspert daşma zamanı yağın yanma kameralarına, şamlara və klapanlara daha intensiv düşdüyü barədə xəbərdarlıq edib.
"Bu, təkcə mühərrikin səmərəliliyini azaltmır, həm də onun komponentlərinin yeyilməsini sürətləndirir. Nəticədə, vaxtında tədbir görülməzsə, belə vəziyyət mühərrikin tam sıradan çıxmasına və ya bahalı təmirə gətirib çıxara bilər", - deyə Pavel Konstantinov vurğulayıb.
Seçilən
81
50
oxu.az

10Mənbələr