AZ

Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda bunlar göstərilməlidir

İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi qaydası var.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

– qərarın çıxarıldığı tarix, vaxt və yer;

– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

– cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;

– cinayət işinin başlanmasına səbəb və əsas olan hallar;

– ibtidai istintaq zamanı müəyyən edilmiş hallar;

– cinayət işi üzrə icraata xitam verilməsinin məcburiliyini şərtləndirən hallar;

– bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində göstərilən müddəalardan birinə və ya bir neçəsinə istinad edilməklə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın əsaslandırılması;

– cinayət işi üzrə qətimkan tədbirinin, əmlak üzərinə qoyulmuş həbsin və maddi sübutların taleyi barədə qeyd.

Seçilən
61
heftelik.az

1Mənbələr