Bakı. Trend:
Ruandada 15 nəfərin həyatını itirməsinə səbəb olan Marburqqızdırması epidemiyası noyabrın 9-dan etibarən altı həftəmüddətində (ümumilikdə 42 gün) yeni yoluxma qeydə alınmazsa, rəsmiolaraq bitmiş elan edilə bilər.
Trend xəbər verirki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜSTbildirib ki, epidemiya sona çatmış hesab edilməsi üçün sonuncuxəstənin sağalmasından 42 gün keçməlidir. Bu müddət, Marburqvirusunun inkubasiya dövründən iki dəfə uzun olduğu üçün tibbelminin müəyyən etdiyi təhlükəsizlik tədbirlərinə əsaslanır.Məlumatda qeyd olunub ki, artıq oktyabrın 30-dan bəri yeni yoluxmahalı, 14 oktyabrdan isə ölüm faktı qeydə alınmayıb.
Epidemiya zamanı sentyabrın sonundan etibarən ümumilikdə 66nəfər Marburq qızdırmasına yoluxub, onlardan 15-i həyatını itirib.ÜST nümayəndələri epidemiya riskinin qarşısını almaq üçün Ruandahökuməti ilə əməkdaşlıqda maarifləndirmə və müalicə tədbirlərinidavam etdirir. Marburq virusunun geniş yayılmasının qarşısını almaqüçün yerli icmalar arasında tədbirlər artırılır, profilaktiktədbirlərin həyata keçirilməsi davam etdirilir.