AZ

Tramp Pentaqon zabitlərini işdən çıxaracaq

Seçkilərdə qalib gələn ABŞ prezidenti Donald Trampın komandası siyasətçinin andiçmə mərasimindən sonra istefaya göndərilə biləcək Pentaqon zabitlərinin siyahılarını hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazıb.

Tezliklə öz vəzifəsini itirə biləcək ilk şəxslər arasında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin (CHS) sədri, general Çarlz Braun var.

Həmçinin ABŞ Silahlı Qüvvələrinin keçmiş sədri Mark Milley ilə əlaqəsi olan zabitlərin də işdən çıxarılacağı gözlənilir.

Agentliyin məlumatına görə, bir çox zabit vəzifələrindən uzaqlaşdırılacaq.

Eyni zamanda, agentliyə müsahibə verən Amerika rəsmiləri hesab edirlər ki, böyük kadr dəyişikliyi mümkün deyil. Məqalədə deyilir ki, bu lazım deyil və Pentaqonun fəaliyyətini pozacaq.

Seçilən
49
operativmm.az

1Mənbələr