İsrail Müdafiə Qüvvələri (IDF) altı əsgərin öldüyünü bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Livanın cənubunda Hizbullaha qarşı döyüşlər zamanı ölüblər.
Onların hamısı Qolani briqadasının 51-ci batalyonunda xidmət edib.
Beləliklə, Yaxın Şərq münaqişə zamanı həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 793 nəfər olub.