AZ

"Tesla" 2,5 min "Cybertruck" pikapını geri çağırır

Bakı. Trend:

"Tesla" təxminən 2 431 ədəd "Cybertruck" elektrik pikapını geriçağırdığını açıqlayıb.

Trend-in"Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ-nin AvtomobilYollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyası(NHTSA) geri çağırılma ilə bağlı məlumat yayıb. Geri çağırılanavtomobillər 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayınaqədər istehsal edilən pikapları əhatə edir.

Geri çağırılmanın səbəbi sürücü invertorundakı nasazlıqdır ki,bu da pikapın dartma qabiliyyətini azalda bilər və qəza riskiniartıra bilər. "Tesla" geri çağırılan avtomobillərdə nasaz invertorupulsuz olaraq dəyişdirəcək.

Bu, cari il ərzində "Cybertruck" modelləri üçün edilən altıncıgeri çağırmadır. Məsələn, iyun ayında "Tesla" şüşə silən mühərrikvə baqaj bölməsindəki problemlərə görə təxminən 12 min pikapı,apreldə isə qaz pedalındakı nasazlığa görə 3 min pikapı geriçağırmışdı.

Xatırladaq ki, "Cybertruck"un seriyalı istehsalına 2023-cü iliniyul ayında başlanılıb və ilk tədarüklər noyabr ayında həyatakeçirilib.

Seçilən
60
50
az.trend.az

10Mənbələr