AZ

Tramp ABŞ Dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun Dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.

“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, - deyə mətndə qeyd olunur.

Prezidentin təklif etdiyi namizədlərin, o cümlədən Dövlət katibi vəzifəsinə təsdiq edilməsi proseduru Senatın təsdiqini tələb edir. Namizədliyin irəli sürülməsindən sonra yuxarı palatanın müvafiq komitəsində dinləmələr keçiriləcək, burada qanunvericilər ərizəçinin ixtisas və vəzifələrini müzakirə edəcəklər. Namizədlik daha sonra təsdiq üçün Senata təqdim ediləcək.

Seçilən
92
4
ikisahil.az

10Mənbələr