AZ

Baş ağrısından qurtulmağın sadə yolu

Baş ağrısı və ya miqren həyat keyfiyyətinizi əhəmiyyətli dərəcədə azalda bilər. Bu da gündəlik fəaliyyətlərdən zövq almağı çətinləşdirir. Ancaq bu vəziyyəti tez bir zamanda aradan qaldırmağa kömək edən sadə bir üsul var.   Manset.az Lent.az-a istinadən xəbər verir ki, bunun üçün sizə iki dəsmal lazımdır: biri soyuq, biri isti. Əvvəlcə soyuq dəsmalı buzlu su ilə isladın və sıxın. İlıq suda isladılmış ikinci dəsmalı da eyni şəkildə sıxın. Sonra alnınıza soyuq dəsmal, boynunuza isə isti dəsmal qoyun. Soyuq və isti kompreslərin bu birləşməsi qan damarlarını genişləndirməyə, dövranı yaxşılaşdırmağa və baş ağrılarını yaradan əzələ gərginliyini aradan qaldırmağa kömək edir.

Kompressləri alnınızda və boynunuzda təxminən beş-yeddi dəqiqə saxlayın və miqreninizin tədricən azaldığını hiss edə bilərsiniz.

Seçilən
9
1
manset.az

2Mənbələr