AZ

Qusar Rayon Mərkəzi Xəstəxanasına yazılan protokola baxılacaq tarix açıqlandı - Əmək hüquqları pozulub

"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəlilovun sədrliyi ilə noyabrın 15-də baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Xəstəxananın baş həkimi Kamil Hacıyevdir.

 

Xəyal Quliyev

Tarix: 14 Noyabr 2024, 08:03   
Seçilən
17
9
pravda.az

10Mənbələr