AZ

“Almaniya üçün Alternativ” Partiyasının qadağan olunması gündəmdədir

Bundestaqın 100-dən çox deputatı “Almaniya üçün Alternativ” Partiyasının qadağan edilməsi ideyasını dəstəkləyib...

Almaniya parlamentinin yüzdən çox üzvü “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətinin qadağan edilməsi təklifini Bundestaqa təqdim edib.

Poliqon ZDF telekanalına istinadən xəbər verir ki, təklif təsdiqlənərsə, məhkəmə partiyanın konstitusiyaya uyğunluğu və maliyyələşməsi ilə bağlı araşdırmalar aparmalı olacaq. Müxalifətin isə bu təşəbbüslə bağlı fikirləri fərqlidir.

“XDİ-nin deputatı Marko Vandervitsin başçılıq etdiyi 112 deputatdan ibarət qrup Bundestaqın prezidentinə AfD-ni qadağan etmək üçün petisiya göndərib”, deyə ZDF telekanalı bildirir.

Vandervits ümid edir ki, parlamentdəki həmkarları onunla həmrəyliklərini ifadə edəcəklər, bundan sonra Almaniya Federal Konstitusiya Məhkəməsinin müraciətə rəsmi şəkildə baxmağa əsasları olacaq. Deputatlar hakimlərdən AfD-nin fəaliyyətinin Əsas Qanuna zidd olub-olmadığını və onun dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının lazım olub-olmadığını soruşmaq istəyirlər. Təşəbbüs müəllifləri məsələnin parlament seçkilərinin vaxtı təyin olunana qədər həll olunacağını güman edirdilər.

Öz növbəsində “Die Welt” nəşri yazıb ki, heç də hamı AfD-nin qadağasını dəstəkləmir, hətta Xristian Demokrat İttifaqında belə buna qarşı çıxanlar var. Qəzet yazır ki, bəzi mühafizəkarlar belə bir tədbiri vaxtından əvvəl hesab edirlər.

AfD vaxtından əvvəl parlament seçkiləri keçiriləcəyi təqdirdə Alica Veydeli kansler vəzifəsinə namizəd kimi irəli sürmək qərarına gəlib.

Xatırladaq ki, Almaniyanın hakim koalisiyası noyabrın 7-də Azad Demokrat Partiyası koalisydan çıxdıqdan sonfra dağılıb. Nəticədə kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası və onun koalisiya ortağı Yaşıllar partiyası parlamentdəki çoxluğu itirib.

Rəy sorğularının nəticələrinə görə, gələcək kansler postuna əsas namizəd müxalifətdəki mühafizəkarların lideri Fridrix Merzdir. Hazırkı hökumət başçısından fərqli olaraq, Merz kansler olarsa, Ukraynaya “Taurus” raketləri göndərəcəyini vəd edib.

Poliqon.info

Seçilən
86
poliqon.info

1Mənbələr