AZ

D vitamini çatışmazlığı nəyə səbəb olur?

D vitamini yağda həll olunan vitamindir və sümük sağlamlığı üçün vacib olan kalsium, maqnezium və fosfatın orqanizmə sorulmasına kömək edir.

Vitamin D əzələ hərəkətinə, sinir funksiyasına və immunitet sisteminə də kömək edir.

D vitamini çatışmazlığı hər zamankindən daha çox yayılmış bir problemdir. Dünyada təxminən 1 milyard insan D vitamini çatışmazlığından əziyyət çəkir.

Bəs, D vitamininin çatışmazlığı hansı xəstəliklərə səbəb olur?

McGill Universitetinin alimləri tərəfindən aparılan bir araşdırma, D vitamini çatışmazlığının bədənin yaşlanmasını sürətləndirə biləcəyini və potensial olaraq immun çatışmazlığına səbəb ola biləcəyini göstərib.

D vitamini çatışmazlığı xərçəng, ürək-damar xəstəlikləri, diabet, autoimmun xəstəliklər və depressiya da daxil olmaqla bir çox problemlərə yol aça bilir.

D vitamini çatışmazlığının əsas səbəbi günəş işığına kifayət qədər məruz qalmamaqdır. Digər amillərə vaxtınızın çoxunu qapalı yerlərdə keçirmək, günəş kremindən istifadə etmək və piylənmə daxildir.

Bəs orqanizm D vitaminini harada əldə edir? D vitamininin ən birinci mənbəyi günəş işığıdır. Bədən günəş işığına məruz qaldığı zaman təbii olaraq D vitamini istehsal edir. Bununla belə, ifraz olunan D vitamininin miqdarı dərinin rəngi, günün vaxtı və bulud örtüyü kimi bir sıra amillərdən də asılıdır. Həddindən artıq günəşə məruz qalma dəri xərçənginə də səbəb ola bilər. Buna görə də günəşdən qoruyucu vasitələrdən istifadə etmədən günəşdə bir neçə dəqiqədən çox vaxt keçirmək tövsiyə edilmir.

D vitaminini bəzi qidalardan da əldə etmək olur. D vitamininin ən yaxşı mənbələri arasında olan qızılbalıq və ya yüngül konservləşdirilmiş ton balığı və skumbriya kimi balıqlar daxildir.

Günəşin kifayət qədər güclü olmadığı payız və qış aylarında insanlar D vitamini əlavələri qəbul etməlidirlər. D vitamini əlavələrinin iki əsas növü vitamin D2 (erqokalsiferol) və vitamin D3-dür (xolekalsiferol).//Lent.az

Seçilən
77
1
musavat.com

5Mənbələr