AZ

Maliyyə Günü COP29-un tərkibində keçirilir

Bakı. Trend:

Bu gün, 14 noyabr, COP29 çərçivəsində Maliyyə, İnvestisiya vəTicarət Günü (Climate FIT Day) qeyd olunur.

Trend-inməlumatına görə, bu gün Bakı Təşəbbüsü (BICFIT) çərçivəsində İqlimMaliyyəsi, İnvestisiya və Ticarət sahəsində yeni təşəbbüslərintəqdimatı baş tutacaq.

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda başlayıbvə noyabrın 22-dək davam edəcək BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı keçirilib. Bu tədbir Azərbaycanın təşkiletdiyi ən böyük beynəlxalq tədbirdir və regionda ilk dəfə ölkəmizdətəşkil olunur.

COP29 çərçivəsində noyabrın 12-13-də dünyanın ən yüksəksəviyyəli tədbirlərindən biri - İqlim Fəaliyyəti üzrə dünyaliderlərinin sammiti təşkil olunub. COP29-dan əsas gözlənti, iqlimmaliyyəsi sahəsində ədalətli və iddialı Yeni Kollektiv KəmiyyətMəqsədinin (NCQG) razılaşdırılmasıdır.

İqlim maliyyəsinin yaradılması, həmçinin 1,5°C öhdəliyinə töhfəverən fəaliyyətləri dəstəkləyən əsas prioritetlərdən biri olaraqqalır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, 1992-ciildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində imzalanmışdır vəinsanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almağıhədəfləyir. İngilis dilində COP (Conference of the Parties)abbreviaturası "Tərəflərin Konfransı" deməkdir və bu orqan,Konvensiyanın icrasına nəzarət edən ən yüksək qanunvericistrukturdur.

Hal-hazırda 198 ölkə bu konvensiyanın iştirakçısıdır. ÇNL hər iltəşkil olunur, əgər Tərəflər başqa bir qərar qəbul etməzsə. İlk ÇNL1995-ci ildə Berlində keçirilib və onun katibliyi Bonn şəhərindəyerləşir.

Seçilən
53
az.trend.az

1Mənbələr