AZ

ABŞ Konqresində UFO iddiaları:Biz kainatda tək deyilik

ABŞ Konqresində keçirilən dinləmələrdə hökumət rəsmiləri və keçmiş hərbi qulluqçular yerdən kənar kəşfiyyat və qabaqcıl texnologiyalarla bağlı iddialar qaldırıblar.

“İki sahil”in məlumatına görə, “Müəyyən edilməmiş anormal hadisələr: Həqiqətin üzə çıxarılması” adlı sessiyada naməlum obyekt və hadisələrlə bağlı təfərrüatlar müzakirə olunub.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin keçirdiyi iclasda illərdir gizli saxlanılan qabaqcıl texnologiyaların və yerdənkənar varlıqların ictimaiyyətdən gizlədilməsi ilə bağlı iddialar səsləndirilib.

İddialara okeandan çıxan kürələr, disk formalı obyektlər və məlum hərbi maşınlardan fərqli xüsusiyyətlərə malik uçan obyektlər daxildir. Şahidlər məsələ ilə bağlı şəffaflığın artırılmasının vacibliyini vurğulayıblar.

ABŞ-ın keçmiş əks-kəşfiyyat zabiti Luis Elizondo, lazımsız məxfiliyin sadiq dövlət məmurlarına və əsgərlərə mənfi təsir etdiyini ifadə edərək, "Həddindən artıq məxfilik kosmosda tək olmadığımızı gizlətmək üçün tətbiq edilir", - deyib.

Elizondo bəyan edib ki, dövlət UFO və naməlum hadisələr (UAP) ilə bağlı daha aydın siyasət hazırlamalıdır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü admiralı Tim Gallaudet də oxşar mövqe tutaraq deyib ki, bu məlumat yalnız bir neçə təyin olunmuş bürokratın monopoliyası olmamalıdır: “Amerika xalqının bu faktları əldə etmək hüququ var”.

UAP müşahidələrinin milli təhlükəsizlik üçün böyük risk daşıdığını vurğulayan Gallaudet, yerdən kənar kəşfiyyata dair konkret sübutların ola biləcəyini müdafiə edib.

Sessiyada iştirak edən NASA-nın keçmiş Administratoru Maykl Qold NASA-nın UAP tədqiqatlarına elmi perspektiv gətirməsinin vacibliyinə diqqət çəkib.

UAP ilə bağlı stiqmanın aradan qaldırılmasının lazım olduğunu bildirən Gold əkavə edib ki, UAP sirrini həll etmək üçün ən təsirli vasitə elmdir: “Lakin NASA-nın bu məsələyə qarışmasına qarşı güclü reaksiya bu araşdırmanı çətinləşdirir”.

Gold, süni intellekt və maşın öyrənmə texnologiyalarının NASA-nın məlumat arxivlərinin tədqiqində kömək edə biləcəyini təklif etdi.

ABŞ Konqresində keçirilən bu sessiya UFO-lar haqqında ictimaiyyətə daha çox məlumat verilməsi tələbini bir daha gündəmə gətirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
43
1
ikisahil.az

2Mənbələr