Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub.
APA xəbər verir ki, iqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.
Aksiyada, həmçinin, "Detallı İqlim Fakturası" başlığı ilə 10 metr uzunluğunda pankart açılıb.
Sahilə Cabbar