
Amerikalı aktrisa Şanel Benksdən iki həftədir xəbər yoxdur.
Reyting.az xəbər verir ki, bu barədə “Daily Mail”-in jurnalistləri məlumat yayıblar.
Şanel Benks məşhur “Gossip Girl” serialındakı rolları sayəsində şöhrət qazanıb. Sənətçi bu filmə üçüncü mövsümdə qatılıb. O, serialda Soyer Bennett rolunu oynayırdı. 36 yaşlı məşhur Los-Ancelesin ətraflarında yaşayırdı. Ancaq iki həftə əvvəl Şanel müəmmalı şəraitdə yoxa çıxıb.
Hələlik axtarışlar bir nəticə verməyib.
V. QULİYEV