AZ

Filippin və Çin arasında Cənubi Çin dənizindəki sərhədlərlə bağlı qarşıdurma yaranıb

Filippinin Xarici İşlər Nazirliyi Pekinin Cənubi Çin dənizindəki mübahisəli Skarboro ətrafında sərhəd xətləri çəkməsindən narahatdır . Buna cavab olaraq çərşənbə günü Çin səfiri nazirliyə dəvət edilərək ona etiraz məktubu təqdim edilib.

Səfirə bildirilib ki, Skarboro ətrafında yeni sərhəd xətlərinin çəkilməsi qanunsuzdur və bu, Filippinin suverenliyini pozur və beynəlxalq hüquqa ziddir.

Filippinin etirazı Çinin bazar günü Pekinin Huangyan adası adlandırdığı sahil ətrafında "ərazi sularının əsas xəttini" müəyyən etməsindən sonra edilib.

Filippin Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatına cavab olaraq, Çin səfiri Huang Xilian bildirib ki, bu, Filippinin yeni dəniz qanunvericiliyinə "zəruri cavabdır" və ölkəsinin milli maraqlarının təmininə xidmət edir.

Oxuməni.az

Seçilən
55
oxumeni.az

1Mənbələr