"Biz Bakı şəhərinin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransının keçirilmə yeri kimi seçilməsini çox yüksək qiymətləndiririk. Dünya ictimaiyyətinin seçimi Azərbaycanın qlobal iqlim gündəliyinə verdiyi töhfənin tanınması və çox çətin danışıqlar prosesində COP29-un sədri kimi Azərbaycanın bizə qarşıya qoyulmuş planda irəliləməyə imkan verəcək sıçrayışlı həllər tapa biləcəyinə ümid etməkdir. Biz iqlimin maliyyələşdirilməsi məsələlərini nəzərdən keçirməliyik və bu, hazırkı danışıqlar prosesində çox mürəkkəb, bəlkə də əsas məsələdir”.
News365.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının Ekologiya, Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Dmitri Kobılkin deyib. O hesab edir ki, konsensusa gəlmək asan olmayacaq:
“Biz bilirik ki, hər birinin iqlim probleminə öz maraqlı yanaşması olan müxtəlif ölkə qrupları arasında həll yollarını tapmaq üçün böyük və çətin vəzifə var, lakin biz əminik ki, Azərbaycan bu missiyanın öhdəsindən gələcək və bütün qəlbimizlə uğurlar arzulayıram! Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan öz qonaqpərvərliyi ilə seçilən gözəl insanların ecazkar diyarıdır. Və buna görə də atmosferin özü uğura kömək edəcək!”
News365.az