AZ

Türkiyə ilə Ermənistan arasında gizli görüş: Sərhədlər açılır?

Ötən həftə Türkiyə-Ermənistan sərhədində - Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin gizli görüşü baş tutub.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 10 nəfərlik Ermənistan nümayəndə heyətində ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və turizm sektorunun nümayəndələri olub.

Məlumata görə, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub. Qeyd edək ki, Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Şirakın eyniadlı kəndindən təxminən 1,5 km aralıda yerləşir. Sovet dövründə Türkiyə tərəfindən sərhəd bağlanmazdan əvvəl Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsi var idi. Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edirdi. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib, Türkiyə sərhədi bağlayıb və bu keçid məntəqəsi ilə iki ölkə arasında əlaqə dayandırılıb. İki əsas bina, keçmiş gömrük idarəsi və “Axurik” stansiyası birbaşa Türkiyə ilə sərhəddə yerləşir.

Nəşr “Axurik”in inzibati rəhbəri Marzpet Sarkisyandan həmin görüşdən xəbərdar olub-olmadığını, dəmir yolu ilə bağlı hər hansı işin görülüb-görülmədiyini soruşub: "Bilirsiniz necədir, kənd sərhəddən 2 km aralıdadır, buradan heç nə görünmür, bu haqda heç nə deyə bilmərəm, çünki mənə məlumat verilmir. Hazırda dəmir yolu ilə bağlı göstəriş yoxdur, heç bir iş görülmür”.

Onu da xatırladaq ki, bir neçə ay əvvəl xüsusi elçilər Ruben Rubinyan və Serdar Kılıçın Ermənistan-Türkiyə münasibətləri məsələsi ilə bağlı görüşündən sonra regional tələblərə uyğun olaraq sərhədlərin açılmasının texniki ehtiyaclarının qiymətləndirilməsi ilə bağlı razılığın əldə olunduğu açıqlanmışdı.

Seçilən
66
1
publika.az

2Mənbələr