AZ

Valensiyadan sonra Siciliya da suya qərq olur

İspaniyanın şəhərindəki daşqının nəticələri aradan qaldırılmamış, təbii fəlakət İtaliyanın Siciliya adasına da zərbə endirib. Bir neçə saat ərzində dayanmadan yağan leysan regionda böyükmiqyaslı daşqına səbəb olub.

hakimiyyet.az-ın İtaliya mediasına istinadla verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı dəhşətli görüntülər paylaşılır.

Bildirilir ki, Carra bölgəsində cəmi altı saat ərzində rekord miqdarda - 400 millimetr yağıntı düşüb. Güclü yağışlar şəhər və qəsəbələrin küçələrini avtomobilləri sürükləyən və yaşayış evlərini su altında qoyan coşqun çaylara çevirib.

Siciliyanın bəzi bölgələrində hərəkət çətinləşib. Təcili yardım xidmətləri yerli sakinlərin təxliyəsinə kömək edirlər.

Seçilən
62
hakimiyyet.az

1Mənbələr