AZ

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur - Ülvi Mehdiyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında VətəndaşlaraXidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildəPrezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda dövlətidarəçiliyində institusional islahatların aparıldığı mühüm dövrdəyaradılıb. Dövlət xidmətlərinin göstərilməsi və optimallaşdırılmasımissiyasına həvalə edilmiş, vətəndaş mərkəzli xidmətləringöstərilməsi üçün qabaqcıl bir pəncərə modeli olan “ASAN xidmət”iistifadəyə verdik. Son on il ərzində model əhəmiyyətli inkişaflaraməruz qalıb və bu gün vətəndaşlara bir məkanda 400-dən çoxxidmətdən istifadə etməyə imkan verir. “ASAN xidmət” xidmətləri birməkanda toplayaraq vətəndaşların bir neçə quruma baş çəkməsinəehtiyacı aradan qaldıraraq həm səyahət vaxtını, həm də bununlabağlı karbon emissiyalarını azaldır.

Trend xəbərverir ki, bunu “ASAN xidmət”in təşkilatçılığı ilə "Yaşıl Qabaqcılİdarəetmə üzrə Nazirlər Forumu"nda çıxış edən AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevdeyib.

Onun sözlərinə görə, “ASAN xidmət”i fərqləndirən cəhət onunvətəndaş məmnunluğuna və dövlət sektoruna duyulan inama diqqətyetirməsidir. Bunun nəticəsidir ki, bu gün vətəndaşların “ASANxidmət”dən məmnunluq səviyyəsi 99,8 faiz təşkil edir.

"Dövlət xidmətləri sahəsində əldə olunan bu nailiyyətlər fonunda“ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının nüfuzlumükafatlarının iki dəfə laureatıdır. “ASAN xidmət” innovativhəllərin inteqrasiyası ilə üfüqləri genişləndirir, ən mühümü isəgündəlik əməliyyatlarımızda istifadə etdiyimiz rəqəmsal sənədidarəetmə sistemimizdir. Bu, öz növbəsində, bizə sənədsiz hökumətəkeçməyə və ətraf mühitin mühafizəsinin təşviqi istiqamətindəsəyləri inkişaf etdirməyə imkan verdi. Ətraf mühitin qorunmasındaonun əhəmiyyətini dərk edərək, “Yaşıl ASAN” kimi bir sıra layihələrvasitəsilə gənclərin fəal iştirakını da təşviq edirik.Könüllülərimizlə doqquz il ərzində fədakar işimiz nəticəsində biz 2min 200 tondan çox kağızı uğurla təkrar emal etdik və 37 min400-dən çox ağacı xilas etdik. Ümumilikdə, biz 400-dən çox ekolojilayihə keçirmiş və 100-dən çox ağacəkmə və təmizlik aksiyası təşkiletmişik.

Bununla belə, səylərimiz qlobal miqyasda aktiv təcrübəmübadiləsinə də çevrilir. Yarandığı gündən etibarən DövlətAgentliyi fəal institusional əməkdaşlığa və mənalı təcrübəmübadiləsinə üstünlük verərək, dünya ölkələri ilə 20-dən çoxanlaşma memorandumu imzalayıb", - deyə Ü.Mehdiyev qeyd edib.

Agentliyin sədrinin sözlərinə görə, iqlim dəyişikliyi kimiqlobal çağırışlarla mübarizə və dövlət xidmətlərində mükəmməlliyənail olmaq yalnız bir-birinin uğurlarını və təcrübələriniqarşılıqlı öyrənməklə həyata keçirilə bilər: "O zaman soruşmalıolduğumuz sual budur: dövlət qurumları davamlı inkişaf məqsədlərinənail olmaq üçün qlobal səyləri necə effektiv şəkildə kataliz edəbilərlər? Əsl təsir o zaman başlayır ki, dövlət qurumlarıcəmiyyətlə dərindən əlaqə saxlayır və onun etimadını qazanır.Həqiqətən də beynəlxalq forumlarda müzakirə etdiyimiz hər birmüsbət dəyişiklik son nəticədə ayrı-ayrı vətəndaşların hərəkətlərivə məlumatlılığından qaynaqlanır. Eyni zamanda, biz hamı üçüntəhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerjiambisiyalarımızla nümunə oluruq. Bu yaxınlarda biz ənənəvikarbohidrogen resurslarından asılılığı azaltmaq üçün dövlətxidmətlərinin göstərilməsi sahəsində ilk belə təşəbbüs olan mövcud“ASAN xidmət” mərkəzi infrastrukturlarımıza günəş panellərinininteqrasiyası layihəsinin təşəbbüskarıyıq. “ASAN xidmət” mərkəzləriAzərbaycanda hər ay bir milyondan çox vətəndaşı cəlb edən məşhurmərkəzə çevrilib. Bu da öz növbəsində “ASAN xidmət”i günəş enerjisilayihəsi kimi təşəbbüslər haqqında ictimaiyyətin məlumatlılığınınartırılması, vətəndaşlar arasında öz evlərində və ya ofislərindəyaşıl həllərin qəbuluna və tətbiqinə yönəlmiş təfəkkürüngücləndirilməsi platformasına çevirir.

Builki forumu yekunlaşdırarkən biz həmçinin "Yaşıl Qabaqcılİdarəetmə üzrə Nazirlər Forumu"nun davamını təşkil etmək barədədüşünməliyik. Gələn il COP30-a Braziliya ev sahibliyi edəcək və bizbu gün Braziliyadan olan həmkarlarımızın burada olmasındanməmnunuq. Bunu nəzərə alaraq COP30 çərçivəsində bu qəbildən olanikinci Nazirlər Forumunu keçirməkdən məmnun olarıq".

Seçilən
32
az.trend.az

1Mənbələr