Qazax Rayon İcra Hakimiyyəti və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Yuxarı Salahlı kəndində 11 Noyabr - Türk Dövlətləri Milli Ağacəkmə Gününə həsr olunmuş aksiya keçirilib...
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində 4 hektar ərazidə 2500 ədəd sərv və 2500 ədəd Eldar şamı olmaqla 5000 ağac əkilib.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Poliqon.info