İranda tanınmış hüquq müdafiəçisi həbs edilən bəzi şəxslərin azadlığa buraxılması çağırışına cavab verilmədikdən sonra intihar edib.

İndex.az xəbər verir ki, hüquq müdafiəçisi Kianoosh Sancarinin hündür binadan atılaraq öldüyü təsdiqlənib.

Hüquq müdafiəçisi Sancari ölümündən əvvəl sosial şəbəkədə yazdığı paylaşımda İran rejiminə çağırış edib və 4 siyasi məhbusun azadlığa buraxılmasını tələb edib.

Qeyd edək ki, Sancarinin azad edilməsini istəyən dörd məhbus Mahsa Əmini etirazlarında iştirak etdikləri üçün mühakimə olundu.