AZ

"Nazir xidmət rəisi Mürsəl İbrahimovla görüşməli və..." - Hərbi ekspert bu şəxslərin əsgərliyə aparılmasına qarşı çıxır

Hərbi ekspert Üzeyir Cəfərov mədəniyyət naziri Adil Kərimlinin mədəniyyət sahəsində çalışan bəzi şəxslərin hərbi xidmətə cəlb edilməsinə yanaşmanın dəyişməsi ilə bağlı təklifini dəstəkləyib.

Mia.az-
ın məlumatına əsasən, Üzeyir Cəfərov TNS-ə açıqlamasında deyib ki, həmin şəxslərin hərbi xidmətə cəlb edilməsinə fərqli baxış olmalıdır:

“Əlbəttə bu, həssas məsələdir. Bu təklifi dəstəkləyirəm, hesab edirəm ki, məsələ çoxdan həllini tapmalı idi. Əslində, bu məsələnin reallaşdırılması çox asan prosesdir. Mədəniyyət naziri Adil Kərimli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovla görüşüb və fərdi qaydada istedadlı insanların hərbi xidmətə çağırılması, onların qorunması məsələsini həll edə bilər. Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası, konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında xoreoqrafiya, balet, milli rəqs və incəsənət sahəsində təhsil almış gənclərimizin siyahıları hazırlanmalıdır. Həmin siyahı isə Mədəniyyət Nazirliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim olunmalı, bölgü zamanı xüsüsi istedadlı çağrışçılar nəzərə alınmalıdır. Hər kəs xoreoqraf, balet ustası, vokalist, milli rəqs ustası və ya xanəndə ola bilmir. Biz öz mədəniyyət incilərimizi qorumalıyıq.

İncəsənət sahəsində fəaliyyət göstərən, mədəniyyətimizin inkişafına xidmət edən gənclərimizi Kəlbəcərin, Laçının, Naxçıvanın sərt soyuğunda dağlarda saxlamağın nə adı var? Biz o uşaqları qorumalıyıq, çünki hərbi xidmət şəraitində onların səs tellərinin, müxtəlif orqanlarının zədələnməsi ehtimalı var. Halbuki onlar hazır mütəxəssis kimi ölkəyə daha böyük xeyir verə bilərlər. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyi də bu təşəbüsslə çıxış etməlidir. Potensialı yüksək olan gənc idmançılarımız ölkəmizi xaricdə yüksək səviyyədə təmsil edə, böyük uğurlar qazana bilərlər”.

Seçilən
39
mia.az

1Mənbələr