AZ

Azərbaycan Greta-nın tənqidlərindən təəssüflənib

Azərbaycan Xarici İşlər Nazirliyi isveçli məşhur iqlim dəyişikliyi fəalı Greta Thunberg-in aksiyasından təəssüflənib. Fəal noyabrın 11-də Tbilisidə onlarla etirazçı ilə birlikdə Azərbaycanı COP29 keçirməyə görə tənqid edən nümayiş keçirib.

Greta Thunberg Azərbaycanı "vətəndaş cəmiyyətinə qarşı davamlı təzyiqlər edən, etnik təmizləmə etmiş repressiv, işğalçı dövlət" adlandırıb.

İqlim dəyişikliyi fəalı Azərbaycandan qaz aldığına və idxalını artırmaq planlarına görə Avropa İttifaqını da ittiham edib.

Xarici İşlər Nazirliyi BBC-yə müsahibəsində Azərbaycanda insan hüquqlarının tam olaraq qorunduğunu deyib.

"Ümumiyyətlə, bu məsələlərdən agah olmadan, eyni zamanda, keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı hər hansı bir iddialar səslənməsi bildiyiniz kimi, qəbul edilməzdir", - XİN sözçüsü Ayxan Hacızadə BBC-yə bildirib.

Azərbaycan bu ilin əvvəlində Thunberg-in Niderlandda saxlanılması ilə bağlı narahatlığını bildirən açıqlama vermişdi.

"Onun iqlim dəyişmələri ilə mübarizə sahəsində fəal olduğunu nəzərə alaraq, bu açıqlama verilmişdi", - Ayxan Hacızadə əlavə edib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
56
bbc.com

1Mənbələr