AZ

Fələstini dəstəkləyən aktrisa Hollivuddan qovulub

Fələstini

“Oskar” mükafatlı aktrisa Syuzan Sarandon ötən ilin noyabrında Fələstini dəstəkləyən etiraz aksiyasında verdiyi açıqlamalara görə Hollivud studiyaları tərəfindən “qara siyahı”ya salınıb.

Reyting.az
xəbər verir ki, 78 yaşlı Syuzan Sarandon İsrailin Fələstinə hücumlarına etiraz olaraq Nyu-Yorkda keçirilən aksiyaya qatılıb.

Ötən il qatıldığı mitinqdə S. Sarandon “Hər kəs azad olana qədər heç kim azad deyil. Fələstinin azadlığı” demişdi. O, belə ifadələrdən istifadə etdiyi üçün agentlikdən qovulduğunu bildirib.

Sarandon mübahisədən sonra menecerinin onu tərk etdiyini və daha böyük studiya layihələrində iştirak edə bilməyəcəyini deyib: “Agentliyim məni buraxdı, layihələrim ləğv olundu”.

Fələstinlə bağlı şərhlərinə görə Birləşmiş İstedadlar Agentliyindən qovulan Sarandon təkcə özünün deyil, bir çox mühafizəçi, yazıçı və rəssamın da eyni şəkildə işsiz qaldığını bildirib.

Son zamanlar ifadə azadlığından istifadə etdiyi üçün işdən qovulanların çox olduğunu bildirən Sarandon qeyd edib ki, keçən ilin noyabr ayından bu yana işini itirən çox adam var: “Bir tviti bəyəndikləri və ya atəşkəs çağırışı etdikləri üçün insanlar işlərindən olub”.

Sarandon yenidən böyük büdcəli filmlərdə çəkilib-çəkilməyəcəyini soruşduqda, “Bilmirəm. Mən Hollivuddan heç nə olacağını düşünmürəm”,- deyə cavab verib.

Mübahisələrdən sonra Sarandon Fələstində zorakılığa son qoymağa çağırmaqda davam edir.

Hollivudda kifayət qədər karyerası olan Sarandon, 1996-cı ildə Sean Penn ilə baş rolu paylaşdığı "Ölü Adam Gəzinti” filminə görə 4 dəfə namizəd olduğu “Oskar”da “Ən yaxşı köməkçi qadın aktrisa” mükafatını qazanıb.

Aktrisa “Atlantik Siti”, “Telma və Luiza”, “Lorenzonun yağı” kimi unudulmaz filmlərdə rol alıb.

V. QULİYEV
Seçilən
44
reyting.az

1Mənbələr