AZ

Ankarada “Şuşa” musiqi qrupunun konserti olub

Çərşənbə günü, noyabrın 13-də Ankaradakı Necip Fazıl Mərkəzində “Şuşa” musiqi qrupunun konserti olub.

Qrupun bədii rəhbəri Elçin Hətəmli AZƏRTAC-a bildirib ki, onun yaradılması haqqında qərar dörd il əvvəl - Azərbaycanın mədəniyyət paytaxtının erməni işğalından azad edildiyi gün verilib.

“Biz Şuşa şəhərinin adını qürur və məsuliyyətlə daşıyırıq. Bugünkü konsert Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub”, - deyə bədii rəhbər bildirib.

Onun sözlərinə görə, “Şuşa” musiqi qrupunun məqsədi Azərbaycanın mədəni irsinin Türkiyədə və onun hüdudlarından kənarda qorunub saxlanmasına və təbliğinə töhfə verməkdir.

Hətəmli bildirib ki, qrupda təkcə Azərbaycan musiqiçiləri deyil, İran və Türkiyədən olan etnik azərbaycanlılar da var. “Ən böyük arzumuz Qarabağda, Şuşada çıxış etməkdir”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Qrupun çıxışı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Seçilən
31
1
xalqqazeti.az

2Mənbələr