AZ

Çinin elektromobil istehsalçısı iddialı hədəflərinə nail olur - RƏQƏMLƏR

Çinin elektromobil istehsalçısı "Leapmotor" iddialı hədəfini açıqlayıb.

Hit.az xəbər verir ki, şirkət gələn il 500 min avtomobil satmağı hədəflədiyini elan edib.

Bildirilib ki, bununla da 10 faizdən çox ümumi mənfəət marjasına çatmağı planlaşdırılır. Bu məqsədə çatmaq üçün istehsal gücü də artırılıb. 

"Leapmotor" tərəfindən cari ildə isə 250 min avtomobil satmaq hədəfinə nail olmağın gözlənildiyi qeyd olunub. O da vurğulanıb ki, 2024-cü ilin üçüncü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 94,39 faiz artımla rekord həddə - 86,165 avtomobil tədarük edilib. Üstəlik, bu dövrdə 8,1 faizlik rekord ümumi mənfəət marjasına da nail olunub.

Pərviz

Seçilən
32
hit.az

1Mənbələr