AZ

Formula1-ə sahib olan şirkətin direktoru əvəz edilir

Formula 1-in kommersiya hüquqlarının sahibi olan “Liberty Media”nın yeni baş direktoru olacaq. Şirkət baş icraçı direktor Qreq Maffeyin bu ilin sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb.

Maffey keçid dövründə “Liberty”nin baş məsləhətçisi, hazırkı sədr Con Meloun isə korporasiyanın müvəqqəti baş direktoru olacaq.

Xatırladaq ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) 52 yaşlı Nils Fittixin Formula 1-in yarış direktoru vəzifəsindən azad edildiyini açıqlamışdı. Onu Formula 2 və Formula 3 gənclər seriyasının yarış direktoru Rui Markes əvəz edəcək.

2024-cü il mövsümünün 21 mərhələsindən sonra “Red Bull” pilotu Maks Ferstappen çempionata inamla başçılıq edir. O, Lando Norrisi 62 xal qabaqlayır.

Seçilən
44
futbolinfo.az

1Mənbələr