AZ

Təhlükəsizlik məmurları təbrizli fəalın evinə hücum edib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları ictimai fəal Yaşar Təbrizinin (Əkbər Quluzadə) evinə hücum edib.

Bu barədə fəal özü məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün noyabrın 12-də məmurlar məhkəmə hökmü olmadan evə basqın edib, axtarış aparıb və onun mobil telefonunu müsadirə edilər.

"Evdə axtarış aparıldıqdan sonra məndən noyabrın 18-də dindirilmək üçün təhlükəsizlik idarəsinin yerli bölməsinə getməyimi tələb etdilər",- Yaşar Təbrizi bildirib.

O deyib ki, məmurlar bunun prokurorluğunun tələbi olduğunu idda ediblər.

Təhlükəsizlik məmurları bundan əvvəl 14 sentyabr 2023-cü ildə Yaşar Təbrizini Təbrizdə həbs edərək təhlükəsizlik idarəsinin istintaq təcridxanasına aparıblar.

Bir neçə gün dindirildikdən sonra Tehranın Evin həbsxanasının 204 saylı təhlükəsizlik bölməsinə köçürülən azərbaycanlı fəal 25 aprel 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

O, "hökumətə qarşı təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb.

Yaşar Təbrizi dinc ictimai və mədəni fəalliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

visiontv.az



Seçilən
62
33
visiontv.az

10Mənbələr