AZ

Bu gün Azərbaycanın bank sektorunun davamlı inkişafına sadiqliyi elan olunacaq - Taleh Kazımov

Bakı. Trend:

Bu gün Azərbaycanın bank sektorunun davamlı inkişafına sadiqliyielan olunacaq.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov"Qlobal maliyyə sistemi: iqlim fəaliyyətinin maliyyələşdirilməsiningenişləndirilməsi" mövzusunda panel müzakirəsi zamanı deyib.

“Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti Zakir Nuriyevbütün bank sektoru adından bu gün ikinci iclasdan sonra dayanıqlıinkişafa sadiqliyi elan edəcək. Əminəm ki, bu öhdəlik banksektorunun resurslarını iqtisadiyyatımızda "yaşıl" və davamlımaliyyələşdirmə üçün səfərbər edəcək", - o deyib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
56
12
az.trend.az

10Mənbələr