Rusiyada 66 yaşlı kişi bağ evində təmir işləri apararkən yanaraq ölüb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, qəza çərşənbə günü Ramenski şəhər rayonunun Ostrovtsı kəndində baş verib.
Kişi təmir etmək üçün istilik şəbəkəsinin quyusuna düşüb. Boru partlayıb və kişi yanaraq hadisə yerində ölüb.