AZ

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

Bakı. Trend:

Artıq dördüncü gündür ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) keçirilir. İqlim dəyişikliklərinin qarşısının alınmasıistiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlərdəyərləndirilir, ən yaxşı həll yolları barədə müzakirələraparılır.

COP29 çərçivəsində ən yüksəksəviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib.Bu gündən isə COP29-un tematik günləri başlayıb.

7 tematik gündə maliyyədən təhsilə, kənd təsərrüfatındanurbanizasiyaya qədər müxtəlif sahələrin iqlim dəyişikliyi iləəlaqəli məsələləri müzakirə olunacaq. Təşkil olunan tədbirlər iqlimböhranının aradan qaldırılmasının sürətləndirilməsi üçüntəcrübələrin, ideyaların bölüşüldüyü, əməkdaşlıqların qurulduğu vəinkişaf etdirildiyi platformalar rolunu oynayacaq.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi məsul olduğu sahələr üzrə təşəbbüslərini 2 tematik günçərçivəsində təqdim edəcək. Nazirlik ümumilikdə 4 tədbirinhəmtəşkilatçısıdır.

COP tarixində ilk: Rəqəmsallaşma Günü

16 noyabr COP29-da Elm, Texnologiya və İnnovasiya /Rəqəmsallaşma Günü olacaq. COP tarixində Rəqəmsallaşma Günününtəşkili ilk dəfədir. Bu, rəqəmsal inkişaf yolu seçmiş, müasirinnovasiya məkanının formalaşdırılmasını milli prioritet elan etmişAzərbaycanın – COP29 Sədrliyinin təşəbbüsü ilə proqrama daxiledilib.

Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə vacibrol oynayır. Lakin onun enerji istehlakı və elektron tullantılarkimi mənfi tərəfləri də var.

İlk Rəqəmsallaşma Günü texnologiyaların ətraf mühitə təsirləriniyumşaltmaqla tərəfləri davamlı rəqəmsal transformasiya üçün birgəfəaliyyətə təşviq edəcək.

Yaşıl Rəqəmsal Fəaliyyət

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masanıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 Sədrliyi vəBeynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə təşkiledəcək.

Tədbirdə rəqəmsal texnologiyaların iqlim fəaliyyətini necədəyişdirə biləcəyi araşdırılacaq.

Dəyirmi masada rəqəmsal innovasiyaların iqlim strategiyalarınainteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlimmonitorinqinin və uyğunlaşmanın gücləndirilməsi, rəqəmsallaşmanınətraf mühitə təsirlərinin aradan qaldırılması məsələləri müzakirəolunacaq.

Eyni zamanda davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərinnümayiş etdirilməsi, rəqəmsal transformasiyanı qlobal iqlimməqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarınınyaradılması barədə fikir mübadiləsi aparılacaq.

Dəyirmi masanın yekununda Yaşıl Rəqəmsal Fəaliyyət üzrəBəyannamə qəbul olunacaq. Bəyannamə iqlim dəyişikliyini nəzərəalaraq rəqəmsallaşmanın sürətləndirilməsi, İKT sektorundaemissiyaların azaldılması və yaşıl rəqəmsal texnologiyalara çıxışınartırılmasını nəzərdə tutur.

Sənəd dövlətlər, sahə üzrə fəaliyyət göstərən təşkilatlar,şirkətlər, assosiasiyalar, vətəndaş cəmiyyəti üzvləri və akademiktəsisatlar üçün açıqdır. Maraqlı tərəflər Bəyannaməyə qoşulmaq üçün[email protected] e-poçtünvanına müraciət edə bilərlər.

Nəqliyyat Günü

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçısıolduğu digər tədbirlər noyabrın 20-də – Urbanizasiya, Turizm vəNəqliyyat Günü çərçivəsində olacaq.

Həmin gün nəqliyyatın iqlim dəyişikliklərinə təsiri və iqlimfəaliyyətində rolu nəzərdən keçiriləcək.

Dünyada CO2 emissiyalarının 23%-i nəqliyyat sektorunun payınadüşür. 1990-cı ildən bəri emissiyaların ən sürətli artım tempi məhznəqliyyat və sənaye sektorunda müşahidə olunur. Vəziyyət indikikimi davam edərsə, nəqliyyat sektorunda emissiyaların 2050-ci iləqədər ikiqat artacağı proqnozlaşdırılır.

Emissiyaların azaldılması ilə yanaşı, nəqliyyat sektorununyaşıllaşdırılması Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsindəvacib rol oynayır.

Yaşıl şəhər nəqliyyatı

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləntədbirlərdən biri “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərindəyirmi masası olacaq.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi bu tədbiri Beynəlxalq Nəqliyyat Forumu (ITF) və BMT-ninaparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgətəşkil edəcək.

Tədbir şəhər nəqliyyatının yaşıllaşdırılması mövzusunun dərindənaraşdırılması məqsədi daşıyır.

Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli,regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası iləbağlı strategiyaların hazırlanması gözlənilir.

Tədbir şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirməküçün hökumətlər və maraqlı tərəfləri daha sıx əməkdaşlığa təşviqedəcək.

Dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçünşəhərlərin kompakt və çox məqsədli inkişafı, eyni zamanda ictimainəqliyyatın elektrikləşdirilməsi, elektrik mühərrikli avtobuslarınistismarı, metro və ya tramvay xidmətlərinin genişləndirilməsitələb olunur. Təhlükəsiz piyada yolu və velosiped marşrutları,elektrik mühərrikli avtobuslar üçün enerjidoldurma infrastrukturuvə xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağıkarbonlu infrastrukturun tətbiqi bu istiqamətdə fəaliyyətinmərkəzində dayanır.

Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarındankənar

Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində “Dayanıqlı,rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusundanazirlərin dəyirmi masası keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadiKomissiyası (UNECE), həmçinin Asiya və Sakit Okean ölkələri üçünİqtisadi və Sosial Komissiyasıdır (ESCAP).

Dəyirmi masada Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdədavamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son nailiyyətlər,eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.

Tədbirdə region və onun hüdudlarından kənar ölkələrin nazirləri,qurum rəhbərləri iştirak edəcəklər.

Dəyirmi masada yaşıl, dayanıqlı nəqliyyat infrastrukturununinkişafı ilə bağlı uğurlu təcrübələr, enerji səmərəliliyininartırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçünrəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadəörnəkləri müzakirə olunacaq. Həmçinin innovativ texnologiyalarınyükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu,dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırmavə süni zəkanın potensial rolu barədə fikir mübadiləsiaparılacaq.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsaltransformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektivöhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

Beynəlxalq aviasiya və iqlim dəyişikliyi

Noyabrın 20-də Urbanizasiya, Nəqliyyat və Turizm Günüçərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusundayüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi panel müzakirəsini Səudiyyə Ərəbistanı KrallığınınEnergetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO)ilə birgə təşkil edəcək.

Tədbirdə nazirlər, hökumət rəsmiləri, sənaye liderləri vəmaraqlı tərəflər beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsindəson nailiyyətlər barədə diskussiya aparacaqlar.

Beynəlxalq aviasiya sektoru qlobal CO2 emissiyalarında təxminən2% paya malikdir. Bu rəqəm digər sahələrlə müqayisədə az olsa da,yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacağıproqnozlaşdırılır.

Tədbirdə 2050-ci ilədək mülki aviasiyanın “Xalis Sıfır” emissiyaməqsədinə çatmaq üçün ICAO-ya üzv dövlətlər və aviasiya sənayesinindigər maraqlı tərəflər və maliyyə birliyi ilə əməkdaşlıq imkanlarımüzakirə olunacaq.

Eyni zamanda bununla bağlı sənaye, hökumətlər və beynəlxalqtəşkilatlar üçün prioritetlər, ehtiyac duyulan beynəlxalq siyasətvə çərçivələr barədə fikir mübadiləsi aparılacaq.

Gözlənilən odur ki, Bakıda keçirilən COP29 tədbiri iqlimböhranının aradan qaldırılması ilə bağlı dəyərli irsi davametdirəcək. Eyni zamanda bu prosesə yeni, əhəmiyyətli töhfələrverəcək.

Məqalədə:
Seçilən
32
27
az.trend.az

10Mənbələr