AZ

Prokurorluq məşhurların ev dustaqlığına buraxılmasına etiraz edir

Prokurorluq

İstanbul Baş Prokurorluğu ötən gün sosial mediada “qanunsuz qumar oynamağı təşviq etmək” maddəsi ilə istintaqa başlayıb.

Reyting.az
xatırladır ki, bu çərçivədə Mehmet Ali Erbil və müğənni Serdar Ortaç da daxil olmaqla bir çox məşhur şəxslərlə bağlı aparılan əməliyyatdan sonra şübhəlilərdən 16-sı saxlanılıb.

Həbs tələbi ilə məhkəməyə aparılan Mehmet Ali Erbil və Serdar Ortaça ev dustaqlığı cəzası verilib. Ancaq İstanbul Prokurorluğu Mehmet Ali Erbil və Serdar Ortaç barəsində verilən ev dustaqlığı qərarına etiraz edərək, onların həbsini istəyib.

Ev dustaqlığı günlərində sosial media hesabından aktiv istifadə edən Serdar Ortaçın “Instaqram” hesabı bağlanıb.

İstintaq çərçivəsində İstanbul Prokurorluğu axtarışda olan Batuhan Karadenizin “Instagram” və “YouTube” hesablarının bağlanması üçün hərəkətə keçib. Prokurorluq hesabları bağlamaq üçün məhkəməyə müraciət edib. Daha sonra hakimlər Karadenizin “Instaqram” və “YouTube” hesablarının bağlanmasına qərar verib.

V. QULİYEV

Seçilən
54
reyting.az

1Mənbələr