AZ

KİV: Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər

KİV: Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər. AFN.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.Blanş bir il yarımdır ki, Trampın maraqlarını təmsil edir, o cümlədən məhkəmələr zamanı onu müdafiə edir. "Bu müddət ərzində Blanş Trampa yaxınlaşıb, onu tez-tez siyasətçinin Mar-a-Laqo iqamətgahının yerləşdiyi "Palm Beach"də (Florida) seçilmiş prezidentin əhatəsində görürlər" - deyə CNN yazır.Hazırda ABŞ-ın baş prokurorunun müavini vəzifəsini Liza Monako tutur. CNN qeyd edir ki, bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir.Bundan əvvəl Tramp respublikaçı konqresmen Mett Gaetzin ABŞ-ın baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb. Respublikaçılar Partiyasının sağ qanadını təmsil edərək, 2023-cü ildə o, Nümayəndələr Palatasının o vaxtkı sədri respublikaçı Kevin Makkartinin vəzifədən kənarlaşdırılması prosedurunun təşəbbüskarı olub, nəticədə sonuncu vəzifəsindən kənarlaşdırılıb.

Seçilən
41
50
afn.az

10Mənbələr