“Mançester Yunayted”in futbolçusu Matteys de Lixt komandanın sabiq baş məşqçisi Erik ten Haqla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, niderlandlı müdafiəçi bir müddət əvvəl istefaya göndərilən mütəxəssisin komandada bəxtinin gətirmədiyini deyib:
“Erik məni Mançesterə gətirdi. Onunla uğur qazanmaq istəyirdim, olmadı. Ten Haqın burda bəxti gətirmədi. Yaxşı oyunlarımız olsa da, qələbə qazana bilmədik. Təəssüf ki, işlər belə bitdi”.
“Mançester Yunayted”də ten Haqı portuqaliyalı Ruben Amorim əvəz edib.