AZ

COP29 digərlərindən yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir - Manjeev Sinq Puri

COP29-dan çox şey, daha çox qəbul edilən qaydalara əməl olunmasını gözləyirəm. Mən maliyyənin kəskin artırılmasını istəyirəm. COP29-da çox sərt qərarlar qəbul edilməlidir. SİA xəbər verir ki, bu sözləri COP29 çərçivəsində jurnalistlərə açıqlaması zamanı Qlobal Cənubda enerji resursları və ətraf mühit sahəsində ən böyük beyin mərkəzlərindən biri olan Enerji və Resurslar İnstitutu Nəzəriyyəsini təmsil edən Manjeev Sinq Puri deyib.

O, stadiondakı tənzimləmələrin mükəmməl olduğunu vurğulayıb.

“Mən uzun illərdir ki, COP-larda oluram. Sözün düzü, COP29 digərlərindən yüksəksəviyyəli təşkilatçılığı ilə fərqlənir. Buradakı tənzimləmələr danışıqlar üçün çox əlverişlidir. Nümayəndələr və digər maraqlı tərəflər asanlıqla iştirak edə bilərlər. Siz artıq kifayət qədər diplomatik təcrübəyə, dünyanı və baş verənləri anlamaq qabiliyyətinə malik bir ölkəsiniz. Hökumətinizə və hamınıza təşəkkür edirəm. Bakıda, istər hava limanında, istər oteldə, istər burada bizə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Şübhəm yoxdur ki, Azərbaycanın sədrliyi ilə keçirilən Zirvə görüşü çox yaxşı bir həllə imza atacaq”, - deyə Manjeev Sinq Puri vurğulayıb.

O əlavə edib ki, COP29 iqlim və insan hüquqları üçün çox yaxşı nəticə olacaq: “İqlim dəyişikliyinə uyğunlaşma prosesində beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyinin əhəmiyyətini nəzərə alaraq çox maraqlı müzakirələr oldu. Mən inanıram ki, ölkələrimiz bu mübarizədə əlindən gələni edirlər. Əlbəttə ki, bizim beynəlxalq əməkdaşlığa ehtiyacımız var”.

Seçilən
43
1
sia.az

2Mənbələr