AZ

Çində niyə on minlərlə velosipedçi gecələr niyə yola çıxır?

Yazını böyüt
Yazını kiçilt

Çində universitet tələbələrinin sosial media paylaşımları ölkədə 100 mindən çox insanın iştirak etməsi ilə trendə çevrilib.

Hafta.az-ın yazdığına görə, dörd universitet tələbəsi, Henan əyalətindəki tarixi yerləri ilə məşhur olan Kayfeng şəhərində ətli küftələri dadmaq üçün iyun axşamı yaxınlıqdakı Zhengzhou şəhərindən velosipedlə yola düşüb.

Səyahətlərini sosial mediada paylaşan gənclər təxminən 50 kilometr məsafəni velosipedlə qət edərək bu mesajı paylaşıblar: “Yenidən gənc olmayacaqsınız, ona görə də dostlarınızla kortəbii səfərə çıxmalısınız”.

Bu mesaj qısa zamanda gənclər arasında populyarlaşıb və bir çox insanın axşamlar iki şəhər arasında velosipedlə səyahət etməsinə səbəb olub. Beləliklə, "Kayfengə gecə səyahəti" tendensiyası başlayıb.

Dövlət mediasında gənclərin “ehtiras”ını nümayiş etdirmək kimi müsbət qarşılanan tendensiya yerli turizmi tanıtmaq istəyən Kayfeng rəsmilərindən də dəstək alıb. Şəhər hökuməti hətta bir çox restoranlarda endirim kampaniyaları və şəhərin müxtəlif yerlərində universitet tələbələri üçün xüsusi tədbirlər təşkil edib.

Lakin cümə günü bir çox velosipedçi Kayfeng və Zhengzhou arasında nəqliyyatı bağladıqda tendensiya başqa səviyyəyə çatdı. Velosipedçilərin təhlükəsizliyini təmin etmək üçün polis müdaxilə edərək nəqliyyatın hərəkətinə nəzarət edib.

Motosikleti ilə qrupa yoldaşlıq etdiyini deyən 27 yaşlı Li BBC-yə öz təcrübəsini belə izah edib: "Hər kəs enerji ilə dolu idi və ətrafdakılarla ünsiyyət saxlayırdılar. Sanki universitet günlərimə qayıtmışdım. Tez-tez yolun hər iki tərəfində təcili yardım və yol polisi maşınlarını görürəm. Həmçinin orada nəqliyyatın hərəkətinə nəzarət etmək üçün pilotsuz uçuş aparatları da var idi”.

Konvoyda neçə nəfərin iştirak etdiyi dəqiq bilinməsə də, yerli media sayın 100 mindən 200 minə yaxın olduğunu yazır.

Digər tərəfdən, velosipedçilər də Kaifengdəki otel və restoran tutumunun dolmasına səbəb oldular. Qrupa qoşulan tələbələrdən biri sosial şəbəkədəki paylaşımında 7 saat yol getdiyini, lakin tələbatın şiddətindən nə taksi, nə də qalmağa yer tapa bildiyini deyib.

Bəzi Kayfeng sakinləri də velosipedçilərdən şikayətlənirlər, xüsusən də yerə zibil atıb səs-küy saldıqları üçün. Həmçinin bildirilir ki, Zhengzhou şəhərindəki bəzi universitetlər yataqxanalardan çıxanların sayının artmasının qarşısını almaq üçün tələbələrin yataqxanaları tərk etməsinə qadağa qoyub.

CNN-in hesabatında vurğulanır ki, bu tendensiya “gənclərə perspektivsiz iş bazarı və qeyri-müəyyən gələcəklə bağlı narahatlıqlardan xilas olmaq imkanı verir”.

Seçilən
41
hafta.az

1Mənbələr