AZ

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

Bakı. Trend:

Noyabrın 16-da və 17-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 çərçivəsində Parlamentlərarası İttifaq və AzərbaycanRespublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə ParlamentGörüşü keçiriləcək.

Trend xəbər verir ki, bubarədə Parlament məlumat yayıb.

Bildirilib ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla 167 parlament üzvünün iştirakıgözlənilir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, İqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, İqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, İqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, Dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, İnsan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Seçilən
14
18
az.trend.az

10Mənbələr