AZ

Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər

“Hüriyyet” qəzetinin köşə yazarı Fatih Çekirge BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) səbəbilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Azərbaycana səfərə gəlib.

Publika.az xəbər verir ki, jurnalistin Bakı səfəri zamanı ona “Xarı Bülbül” yaxa nişanı hədiyyə edilib.

Bu hədiyyədən duyğulanan yazar səfər təəssüratlarını "Hürriyyet" oxucuları ilə bölüşüb:

“Rəcəb Tayyib Ərdoğanla getdiyimiz Azərbaycanda belə bir sürprizlə qarşılaşdım. Bu, karyeramın bütün illərində heç vaxt yaşamadığım emosional duyğudur. Qürur, sürpriz, xoşbəxtlik... Hamısı bir yerdə. İqlim sammiti üçün buradayıq. Bakıda dünyanın müxtəlif ölkələrindən 70 minə yaxın ziyarətçi var. Otellər doludur.

Bizi Xəzər dənizinin sahilində, hələ tikilməkdə olan nəhəng ərazidə salınmış tətil şəhərciyinə aparırlar. Möhtəşəm bir təşkilatçılıq.
Qalacağım otelə gəlirəm. Müxtəlif ölkələrdən jurnalistlər, nümayəndə heyətləri, rəsmilər gözləyir. Qapıdakı səlahiyyətli ilk olaraq ingiliscə kim olduğumu soruşur.

“Qardaş, mən Türkiyədən gəlirəm” deyəndə bir anlıq susur.
"Adınız nədir?"
“Fatih Çekirge”
Səlahiyyətli yerindən qalxır: “Hörmətli qardaşım. Bir az gözləyə bilərsiniz?" deyir.

Mən təəccüblənirəm. Bu arada düşünürəm ki, başqa ölkəyə gəlib öz dilində danışmaq necə də gözəldir. Və səlahiyyətli şəxs bir qutu gətirir.
Pencəyinin düymələrini bağlayaraq qarşıma gəlir. Və ətrafındakıların heyrət dolu baxışları arasında bir az ucadan deyir:

“Fatih bəy, sizə rəhbərlikdən çox mühüm bir hədiyyə gəlib. Siz Azərbaycan xalqı və dövləti üçün çox dəyərli bir iş görmüsünüz. Aydındır ki, rəhbərlikdən sizi çox sevirlər. Ona görə də sizə bu “Xarı Bülbül” gülünün yaxa nişanını göndərdilər”.

Seçilən
122
publika.az

1Mənbələr